azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Universitetinin rektoru Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülüb

11-04-2025


Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülüb. Rektora bu barədə universitetin fəxri diplomu təqdim olunub.

Bu barədə Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, Mamun Universitetinin Elmi şurasının müvafiq qərarı Səadət Əliyevanın universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, peşəkar heyətin hazırlanması istiqamətində səyləri və təhsil sisteminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, həmçinin onun elm və təhsil sahəsində əldə etdiyi uğurlara əsasən qəbul edilib.

Qərarı Mamun Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sardorbek Sharifzoda imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930