azturkxeber.az
http://azturkxeber.az

Almaniya: Bundestaqda Kansler seçkisinin mayın 6-da keçirilməsi planlaşdırılır

11-04-2025

Almaniya: Bundestaqda Kansler seçkisinin mayın 6-da keçirilməsi planlaşdırılır

Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin mayın 6-da Almaniyanın yeni Kansleri vəzifəsinə seçiləcəyi gözlənilir.

Bu barədə bir neçə yerli media qurumu partiyadaxili mənbələrə istinadla məlumat yayıb.

Bundestaqda keçiriləcək Kansler seçkisi ilə əlaqədar hazırlıq işlərinə artıq başlanılıb. Lakin seçkilərdən əvvəl Sosial Demokratlar Partiyası (SPD) və CDU koalisiya müqaviləsini rəsmi şəkildə təsdiqləməlidir. CDU bu məsələni partiyanın qurultayında müzakirə edəcək. Qurultayın aprelin 28-də keçirilməsi planlaşdırılır. SPD isə qərarı aprelin 30-da partiya üzvləri arasında səsverməyə çıxaracaq.

Qeyd edək ki, Birlik blokunda yer alan Xristian Sosialistlər İttifaqının (CSU) sədri Markus Söder koalisiya müqaviləsinin partiyası tərəfindən təsdiqləndiyini ötən gün elan edib.

Kansler seçkisindən sonra qısa müddət ərzində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən yeni hökumət üzvləri təyin ediləcək. Sonra hökumət üzvləri Bundestaqda and içərək rəsmi qaydada vəzifələrinin icrasına başlayacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930