azturkxeber.az
http://azturkxeber.az

"Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin Tiktok hesabı oğurlandı

10-04-2025


Dünən axşam saatlarında "Azərbaycan Uşaqları" İctimai Birliyinin rəsmi Tiktok hesabı naməlum şəxslər tərəfindən oğurlanıb.

Hesabın ələ keçirilməsindən bir neçə saat sonra bir naməlum şəxs tərəfindən sığınacağın qaynar xətt nömrəsinə məktub daxil olub. Məktubda "Səhifə məndədir, 500 manat göndər, sənə geri qaytarım" kimi bir təklif irəli sürülüb.

Ödənişin həyata keçirilməsi üçün kart hesabı soruşulduqda “Mehmet Kaya” adlı şəxsə məxsus kart hesabı təqdim edilib.

Məsələ ilə bağlı DİN araşdırmaya başlayıb.

Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930