Nazir Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüşüb


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüş keçirib.
Görüş zamanı İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla avtomobil və dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edilib, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.
Qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: