azturkxeber.az
http://azturkxeber.az

Macarıstan hökumətinin Rusiya ilə bağlı siyasəti dəyişə bilər

10-04-2025

Macarıstan hökumətinin Rusiya ilə bağlı siyasəti dəyişə bilər

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh strategiyasının bir hissəsi olacağı təqdirdə Budapeşt Qərbin sanksiyalarını dəstəkləyə bilər.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) analitik mərkəzində çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, əgər Donald Tramp Rusiya ilə atəşkəsə razılıq əldə edilmədiyi halda Kremlə təzyiq vasitəsi kimi sanksiyalardan istifadə edərsə, Macarıstan bu tədbirləri dəstəkləyə bilər.

Onun sözlərinə görə, Avropa İttifaqının əvvəllər tətbiq etdiyi sanksiyalar “absurd” və “uğursuz” olub, iqtisadi baxımdan isə Rusiyadan daha çox Avropaya ziyan vurub.

“Bizim gələcək qərarlarımız gələcəkdə üzləşəcəyimiz şəraitdən asılı olacaq”, – deyə Peter Siyarto əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930