azturkxeber.az
http://azturkxeber.az

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik

10-04-2025

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik

Döyüş meydanında 44 gün ərzində qələbə sayəsində torpaqlarımız öz tarixi sahibinə geri qayıtdı. Yenidən bərpa olan doğma yurdum Ağdama qayıdıram. Əvvəlki xoş günlərimə, ata ocağıma geri dönürəm. Bu xoş günləri bizə yaşadan prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbr diləyirəm. Onlar vətən uğrunda şəhid oldular. Bu gün bizim doğma elimizə-obamıza qayıtmaq arzusuna çatdıran onlardır.

Bu sözləri müsahibəsində keçmiş məcburi köçkün Elgiz Tağıyev söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir, davamlı inkişaf konsepsiyaları həyata keçirilir. Xüsusilə keçmişə nəzər saldıqda hazırda Qarabağda aparılan bərpa-quruculuq işləri bunu əks etdirir.

"44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu prezident Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə layiqli cavab verdik. Şükürlər olsun ki, bu gün biz sağ-salamat öz doğma elimizə, obamıza qayıdırıq. Arzu edirəm ki, bütün məcburi köçkünlər əziz yurdlarına qayıtsınlar. Allah Ali Baş Komandanımızı və ölkəmizi qorusun" - deyə Ağdam sakini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930