azturkxeber.az
http://azturkxeber.az

“Həssas qruplardan olan miqrantların hüquqlarının müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

10-04-2025


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Həssas qruplardan olan miqrantların hüquqlarının müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov çıxış edərək, Ombudsmanın Milli Preventiv Mexanizmin mandatı, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolundan irəli gələn hüquqi öhdəliklər, həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklər, miqrantların hüquq və azadlıqlarının təmini istiqamətində Müvəkkilin fəaliyyəti, habelə “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verib.
Yekunda mövzu üzrə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930