azturkxeber.az
http://azturkxeber.az

Erkən evlilik və qohum evliliklərinin mənfi nəticələrinə dair növbəti görüş keçirilib

10-04-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması istiqamətində görüşlərin davamı olaraq 10 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri ilə erkən evlilik və qohum evliliklərinin mənfi nəticələri mövzusundagörüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi müdirinin müavini Kamila Əliyeva mövzu ətrafında danışaraq, belə evliliklərin səbəbləri, törətdiyi mənfi nəticələri, onların qarşısının alınmasına dair dövlət, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər, qanunvericiliyə edilən son dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.

K.Əliyeva yanlış stereotiplər əsasında yaranan erkən və qohum evlilikləri ilə mübarizədəbütün cəmiyyət üzvlərinin, yeniyetmə və gənclərin fəal olmalarının vacibliyini vurğulayıb.

Sonra Maliyyə-İqtisad Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Murad Muradov tələbələrə öz tövsiyələrini verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930