azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

10-04-2025


Aprelin 9-da “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Aslan Həsənli ilə görüş keçirib.

Görüşdə müsabiqə qalibinin 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, fərdi inkişaf üzrə prioritetlərin müəyyənləşdirilməsi üçün mentinin SWOT analizi aparılaraq, güclü və zəif tərəflər müəyyənləşdirilib.
Zakir İbrahimov müsabiqə qalibinə güclü kompotensiyalarından maksimum faydalanaraq idarəetmə bacarıqlarını inkişaf etdirməsi və zəif kompotensiyalar, ehtiyac duyulan digər bacarıqların formalaşdırılması, daha da təkmilləşdirilməsi istiqamətində tövsiyyə və tapşırıqlarını verib.
Səmimi qəbula görə təşəkkür edən müsabiqə qalibi Aslan Həsənli görüş zamanı müzakirə olunan mövzuların, idarəetmə sahəsində verilən tövsiyə və tapşırıqların onun qarşıdakı 1 illik fərdi inkişaf planı çərçivəsində öz potensialını üzə çıxarması, gələcək karyera inkişafı, liderlik keyfiyyətləri və rəhbərlik bacarıqlarının artırılmasında istiqamətverici rol oynayacağını bildirib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930