azturkxeber.az
http://azturkxeber.az

Prezident ACIQLADI: "Türkiyə ilə İsraili Azərbaycan barışdırdı"

09-04-2025


Prezident İlham Əliyev iki il əvvəl Türkiyə ilə İsrail arasında baş vermiş diplomatik böhran zamanı Azərbaycanın vasitəçilik rolu haqqında:

Həmin dövrdə iki dost və tərəfdaş ölkə arasında münasibətlər gərgin mərhələyə daxil olmuşdu və Azərbaycan bu münasibətlərin normallaşdırılması üçün pərdəarxası diplomatik kanallar vasitəsilə fəal şəkildə çalışırdı.

Biz bu missiyanı reklam etmədik, bununla öyünmədik. Sadəcə olaraq pərdəarxasında işləyirdik. Məqsədimiz iki dost ölkə arasında münasibətlərin bərpası idi.

Bu prosesin nəticəsində İsrail Prezidenti İsxak Hersoq rəsmi səfərlə Türkiyəyə getdi, daha sonra isə ABŞ-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında birbaşa görüş baş tutdu. Bu diplomatik irəliləyiş fonunda iki ölkə arasında münasibətlər bir daha normallaşdı.

Hazırda bölgədə yeni bir gərginlik fonunda Azərbaycan oxşar təşəbbüsləri yenidən həyata keçirir.

Hazırda ikinci oxşar böhran yaşanır və Azərbaycan yenidən öz missiyasını yerinə yetirir: Biz sanki bir deja-vu yaşayırıq, lakin bizim fəaliyyət mexanizmimiz bəllidir. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması üçün əlimizdən gələni edirik. Təbii ki, bu onların suveren qərarıdır. Amma inanırıq ki, bu münasibətlərin pisləşməsi nə bizim, nə də bölgənin maraqlarına uyğundur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930