azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda 4 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb

09-04-2025

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursat saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Arzuman Qurbanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 4 kiloqram marixuana, metamfetamin, 1 ədəd "Kalaşnikov" avtomatı, 14 ədəd patron və daraq aşkarlanıb.
Araşdırmalarla A.Qurbanovun narkotik vasitə və odlu silahı şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930