Keçmiş məcburi köçkün: Çox sevinirik, çünki illər sonra yurd həsrətinə son qoyulur
Bu gün çox sevinirik, çünki illər sonra yurd həsrətinə son qoyulur.
Bu sözləri bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Validə Əmiraslanova deyib. “Bizə doğma yurda qayıdış sevincini yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə - 179 nəfər köçürülür.