azturkxeber.az
http://azturkxeber.az

İslam Bazarqanov Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalı qazandı

09-04-2025

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medal İslam Bazarqanovdan (57 kq) gəldi.
Azturkxeber.az xəbər verir ki, bu barədə İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İslam Bazarqanov bürünc medal qazanaraq ötənilki nəticəsini təkrarlayan milli üzvü təəssüratlarını bölüşüb:
“Bürünc medal görüşü gözlədiyimdən daha çətin keçdi. Bürünc medal qazandım. Hədəfim çempionluq idi. Çoxlu təlim-məşq toplanışları keçmişdik. Yaxşı formada idim. Əlbəttə, qalib gəlmək istəyirdim. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm.
Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Bilmirəm. Deməli, öz üzərimdə daha çox işləməliyəm.
Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq”-deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930