azturkxeber.az
http://azturkxeber.az

FHN: Saray qəsəbəsində silah-sursat aşkarlanıb (video)

09-04-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görən itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası, 13 ədəd UZRQM partladıcısı, 2 ədəd süngü bıçağı, 7 ədəd 7,62 millimetrlik və 34 ədəd 5,45 millimetrlik mərmi aşkarlanıb.

Sursatlar Xidmətin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930