azturkxeber.az
http://azturkxeber.az

Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü

09-04-2025


Dünən gecə Geqarkunik bölgəsində mina partlaması nəticəsində erməni əsgərlərdən biri yaralanıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Vardenis sərhəd bölgəsində əsgərlər minalanmış sahəni təmizləmək üçün əmr alıblar. Minatəmizləmə əməliyyatı zamanı əsgər təsadüfən minaya düşüb. Partlayış nəticəsində o, ayağını itirib.

Yaralı əsgər İrəvana aparılıb.
Bununla belə, minatəmizləmə əməliyyatının niyə gecə saatlarında aparıldığı da suallar yaradıb.
Hərbçinin Qarabağ müharibəsində iştirak etdiyi deyilir.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930