azturkxeber.az
http://azturkxeber.az

Bakı Slavyan Universiteti ilə Albaniyanın Nyu York Tirana Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

09-04-2025

Bakı Slavyan Universiteti (BSU) ilə Albaniyanın Nyu York Tirana Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

BSU-dan bildirilib ki, bu münasibətlə keçirilən görüşdə rektor Anar Nağıyev regionda slavyan dilləri üzrə ixtisaslaşmış ilk ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. O, universitetin Balkanşünaslıq istiqaməti üzrə fəaliyyətindən danışaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasının və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor, həmçinin BSU-da ənənəvi olaraq keçirilən Beynəlxalq Balkanşünaslıq Tədqiqatları konfransının ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq baxımından xüsusi önəm daşıdığını qeyd edib.

Daha sonra memorandum imzalanıb. Sənədi Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Nyu York Tirana Universitetinin rektoru Ali Güneş imzalayıblar.

Memorandum çərçivəsində bakalavriat səviyyəsində tələbə mübadiləsi, yay məktəblərinin təşkili, ortaq elmi layihələrin həyata keçirilməsi, birgə konfrans və simpoziumların təşkili, eləcə də müəllim və tələbə heyətinin qarşılıqlı mübadiləsi nəzərdə tutulur.

Bu yeni tərəfdaşlıq universitetlər arasında təhsil və elmi əməkdaşlıq üçün geniş imkanlar açaraq ortaq diplom proqramlarının hazırlanması və mədəni layihələrin həyata keçirilməsi baxımından da böyük potensiala malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930