azturkxeber.az
http://azturkxeber.az

6 ədəd kitab alıb satıcı xanıma yaxınlaşdım - ELŞAD MİRİ

09-04-2025

6 ədəd kitab alıb satıcı xanıma yaxınlaşdım. Kartla ödəniş alınmadı. Dedi ki, əcnəbi kart olanda başqa post terminalla alırıq.
Azturkxeber.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri öz hesabında yazıb.
"Azərbaycandan olduğumu öyrənəndə dedi ki, sizdə yasaqlanan bir kitabımız da var. Və ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilən, məhkəmələr tərəfindən də təsdiq edilən məzhəblərüstü “İslamda Yoxdur” adlı kitabımın türkcəsini mənə də təklif etdi. Hətta özünün də marağına səbəb olduğu üçün oxuduğunu dedi.
Ödəniş üçün verdiyim kartımın üstündəki adı göstərəndə xanım da duyğulandı və kitabı imzalamağımı xahiş etdi. Kitabın ənənəvi dinidarlığa, mövcud din anlayışına gözəl cavab olduğunu, hətta ateist və deistlərin bəzi iddialarına gözəl cavab olduğunu deyərək təəssüfləndiyini bildirdi.
Dostlar, yeri gəlmişkən, hazırda Azərbaycan İlahiyyat İnstitutunda müəllim işləyənlər tərəfindən mənfi rəy verildiyi üçün qadağan edilən “İslamda Yoxdur!” adlı kitabımdakı 7 mövzunun başlıqlarını burada qeyd edirəm:
İslamda sehr, cadu varmı?
İslamda öIüyə Quran oxumaq varmı?
İslamda müvəqqəti evlilik, siğə varmı?
İslamda imtiyazlı qrup, seyyidlik varmı?
İslamda peyğəmbərlərin günahsızlığı varmı?
İslamda azyaşlıların ailə həyatı qurması varmı?
İslamda cənnətdə kişilərə veriləcək hurilər varmı?
Bunların heç biri İSLAMDA YOXDUR!" -deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930