azturkxeber.az
http://azturkxeber.az

Şuşa və Ağdam şəhərlərində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

08-04-2025

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmət tərəfindən Şuşa şəhərində yerləşən “Şuşa otel və konqres” mərkəzində və “Xarı bülbül” otelində, Ağdam şəhərində yerləşən “Aghdam City” otelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdığı vurğulanıb, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olmasının zəruriliyi vurğulanıb. Həmçinin, tədbirlərdə elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah olunub, suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930