azturkxeber.az
http://azturkxeber.az

TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər

08-04-2025

TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər

Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü keçirilib.

Forumda tərəflər səhiyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi - tibb və əczaçılıq sənayesində tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsi və rəqəmsal texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.

Qazaxıstan tərəfi texnologiya transferi, kadr bazasının gücləndirilməsi, tibbi turizmin inkişafı, əczaçılıq istehsalı, transplantasiya və sairə sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyən edən 2025-2026-cı illər üçün Fəaliyyət Planı layihəsini təqdim edib.

Görüşün yekununda beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlığa dair birgə Bəyannamə imzalanıb. Sənəd tibb təhsilinin standartlaşdırılması, səhiyyədə İKT-nin tətbiqi və pasiyent məlumatlarının mübadiləsini təklif edir.

Forum çərçivəsində ikitərəfli görüşlər keçirilib, tibbi təhsil, bioloji təhlükəsizlik və təcili tibbi yardım sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb. TDT işçi qrupunun növbəti il üçün Fəaliyyət Planları təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930