azturkxeber.az
http://azturkxeber.az

Meksikada reabilitasiya mərkəzinə hücum nəticəsində 9 nəfər ölüb

08-04-2025

Meksikada reabilitasiya mərkəzinə hücum nəticəsində 9 nəfər ölüb

Meksikanın şimal-qərbindəki Sinaloa ştatında yerləşən reabilitasiya mərkəzinə silahlı hücum olub. Hadisə nəticəsində azı 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Tüfənglərlə silahlanmış maskalı basqınçılar klinikanın darvazalarını sındıraraq xəstələrə və işçilərə atəş açıblar.

“911” qaynar xəttinə edilən zənglərdən sonra hadisə yerinə gələn polis ölən və yaralananların olduğunu təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 8 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada həyatını itirib.

Ştatın Baş Prokurorluğu hücumla bağlı araşdırmalara başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930