azturkxeber.az
http://azturkxeber.az

KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər

08-04-2025

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İllik İnvestisiya Toplantısında (“AIM Congress”) iştirak ediblər.

KOBİA-dan verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “AIM Congress” çərçivəsində təşkil olunmuş “KOB-ların inkişaf strategiyası: Uğur üçün KOB-ların fəaliyyətinin genişləndirilməsi” mövzusunda panel müzakirədə Azərbaycanda KOB-lar üçün yaradılmış imkanlar və dəstək alətləri barədə məlumat verib. Həmçinin, KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair fikirlərini bölüşən KOBİA sədri bu sahədə agentlik tərəfindən COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”, eləcə də özəl sektorda ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üçün aparılan aktiv iş barədə danışıb.

KOBİA nümayəndələri “AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edən CLIMASEL startap komandasının stendində də olub, gənclərlə layihəyə xarici investorların marağına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, KOBİA tərəfindən “AIM Congress”ə göndərilmək üçün yerli startaplar arasında milli tur keçirilib və müsabiqədə binalar üçün ağıllı panel istehsalı layihəsi olan CLIMASEL qalib gəlib. Startap layihənin müəllifləri Bakı Ali Neft Məktəbinin tələbələridir.

Səfər çərçivəsində KOBİA nümayəndələri Tacikistanın İnvestisiya Agentliyinin direktoru Dilşod Jurazoda, Qvineya Ticarət Palatasının vitse-prezidenti İbrahima Diane, Keniya İnvestisiya Təşkilatının baş direktoru Con Mvendva və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Mansurjon Rasulev ilə görüşüblər.

Görüşlərdə birgə əməkdaşlıq imkanlarına, sahibkarlıq sahəsində təcrübə mübadiləsinə, KOB-lar arasında ticarət və investisiya əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930