İqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlərin sayı 4 dəfə artıb

Cari ilin yanvar-fevral ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə artım qeydə alınıb.
Agentlikdə bildirilib ki, iqtisadi təmərküzləşmələrə nəzarət bazarda rəqabətin qorunmasına xidmət edir, təsərrüfat subyektlərini innovativ inkişafa təşviq etməklə istehlakçılara uyğun qiymət və yüksəkkeyfiyyətli məhsulların təqdim olunmasını təmin edir. Bu isə son nəticədə iqtisadiyyatın davamlı inkişafına töhfə verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: