Gimnaziada: Bu gün Azərbaycan idmançıları 11 növdə mübarizə aparacaqlar
Serbiyada keçirilən Gimnaziada İdman Oyunları davam edir.
Yarışın üçüncü günündə Azərbaycan idmançıları 11 idman növündə mübarizə aparacaqlar.
Təmsilçilərimiz qılıncoynatma, qadın güləşi, şahmat, parabadminton, 3x3 basketbol, üzgüçülük, paraüzgüçülük, taekvondo, stolüstü tennis, atletika və kamandan oxatmada qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Oyunlar aprelin 12-də başa çatacaq.