azturkxeber.az
http://azturkxeber.az

Gimnaziada: Azərbaycan güləşçiləri daha 6 medal əldə ediblər

08-04-2025

Gimnaziada: Azərbaycan güləşçiləri daha 6 medal əldə ediblər

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında qadın güləşi üzrə yarışlar başa çatıb.

Oyunlara 9 çəki dərəcəsində qatılan Azərbaycan millisinin 6 idmançısı medal qazanıb.

Komandanın heyətində Rəna Nuriyeva (62 kiloqram) finalda Kostina Mantoqla (Rumıniya) qarşılaşıb. Qələbə qazanan güləşçimiz qızıl medala yiyələnib.

Fidan Babayeva (39 kiloqram) Valeriya Yatskiyə (Ukrayna), Günel Kərimli (50 kiloqram) Nian Liyə (Çin), Simurə Abdullayeva (66 kiloqram) isə Esma Nur Karaya (Türkiyə) məğlub olduqları üçün ikinci yeri tutublar.

Üçüncü yer uğrunda görüşlərdə Gülay Xasməmmədova (33 kiloqram) Nikoli da Silvaya (Braziliya), Gülnar Ağadadaşova (42 kiloqram) isə Anna Aqostona (Rumıniya) qalib gələrək bürünc medal qazanıblar.

Beləliklə, qız güləşçilərimiz Gimnaziadanı 1 qızıl, 3 gümüş və 2 bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisinin hesabındakı medal sayı 33-ə yüksəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930