Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.
Azturkxeber.az verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın X sosial şəbəkəsində məlumat verib.
Vəkilin sözlərinə görə, iddiada təhqir və xunta ilə müqayisələrə görə 500 min lirə və ya 13 min dollar məbləğində mənəvi ziyanın ödənilməsi tələbi yer alıb.