azturkxeber.az
http://azturkxeber.az

BMU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib

08-04-2025

Bakı Mühəndislik Universitetində (BMU) Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan “Ali təhsil müəssisələri tələbələrinin bədii yaradıcılıq müsabiqə - festivalı”nın seçim turu keçirilib.

Bu barədə BMU-dan məlumat verilib. Bildirilib ki, seçim turunda universitetin Bədii yaradıcılıq bölməsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın rəhbərliyi ilə Məhəmməd Salamov (biznesin idarə edilməsi ixtisası - I kurs), Turan Cavadzadə (inşaat mühəndisliyi ixtisası - I kurs), Bahar Tağızadə (dizayn ixtisası - I kurs), Böyükxanım İbrahimova (informasiya texnologiyaları ixtisası - III kurs), Vüsal Nəbili (biznesin idarə edilməsi ixtisası - III kurs), Gülər Həmzəyeva (informasiya texnologiyaları ixtisası - III kurs), Günay Nuriyeva (elektrik və elektronika mühəndisliyi ixtisası - III kurs), Aysu Cəbrayılova (şəhərsalma ixtisası - III kurs), Nəzrin Osmanova (kimya mühəndisliyi ixtisası - IV kurs), həmçinin universitetin rəqs kollektivi (bədii rəhbər Səbinə Musayeva) çıxış ediblər.

Münsiflər heyətinin üzvləri- Xalq artisti Gülyanaq Məmmədova, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs üzrə tədrisi metodikasının müəllimi, Əməkdar artist Elçin Allahverdiyev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu tələbələrin çıxışlarını dinləyib və onların ifalarını qiymətləndiriblər.

Hər il ənənəvi olaraq keçirilən müsabiqə-festivalın məqsədi gənclərin mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, həmçinin istedadlarının üzə çıxarılması və yaradıcı qabiliyyətlərinin inkişafına dəstək göstərməkdən ibarətdir.

Müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunur və bütün mərhələlərdən uğurla keçən tələbələr yekun konsertdə iştirak hüququ qazanırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930