azturkxeber.az
http://azturkxeber.az

Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək

08-04-2025

10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək. Belə ki, aprelin 10-da saat 15:00-dən etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar. Həmçinin, sözügedən günlər ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcəkdir.

Eyni zamanda, 10 aprel tarixində Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Qeyd edək ki, ölkəmizdə bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930