Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) İnzibati idarəetmə fakültəsinin nəzdində fəaliyyət göstərən “Müasir idarəçilər" klubunun üzvləri ilə görüşüb.
Görüş zamanı “Dövlət idarəçiliyində ailə, qadın və uşaq siyasəti" mövzusu müzakirə edilib, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolu, onların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tələbələrə Komitənin tarixi, eləcə də fəaliyyət istiqamətlərindən bəhs edilib. Komitənin ailə, qadın və uşaq hüquqlarının təmin olunması sahəsində qurumlararası fəaliyyəti əlaqələndirən, siyasəti müəyyənləşdirən, eləcə də yeni qanunverici təşəbbüsləri reallaşdıran dövlət orqanı olduğu, eyni zamanda BMT-nin iki komitəsində dövlət hesabatı ilə çıxış etdiyi diqqətə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.