azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Anti-Korrupsiya Akademiyasının İdarəetmə Şurasına seçilib

08-04-2025


2025-ci ilin mart ayının 19-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Beynəlxalq Anti-Korrupsiya Akademiyasının rəhbər qurumu olan İdarəetmə Şurasına fəaliyyətə başlayıb.

Şuranın üzvləri Beynəlxalq təşkilatın üzv dövlətlərinin konfransında seçilərək Azərbaycanlı nümayəndə ilə yanaşı Avstriya, ABŞ, Çin, Qətər, İordaniya, Kot Divuar və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə Təşkilatının nümayəndələrini əhatə edir.

Həmin tarixdə keçirilən iclasda, Şura üzvləri Akademiyanın illik fəaliyyətini, o cümlədən təşkilati tədbirləri və maliyyə durumuna dair hesabatı dinləyərək, təşkilatın növbəti ildə effektiv fəaliyyət göstərməsi üçün tələb olunan bir sıra qərarlar qəbul ediblər.

Dünyanın müxtəlif bölgələrində ixtisaslaşmış antikorrupsiya qurumlarının formalaşdırılması, bu sahədə faliyyət göstərən peşəkarların treninqi, magistr proqramlarına üzvlərin qəbul edilməsi kimi mühüm qərarlar verilib, tədqiqatların aparılması istiqamətində fəaliyyətin gücləndirilməsi əsaslı hesab edilib.

Ölkəmiz həmin təşkilata davamlı göstərdiyi dəstək Akademiyanın uğurlu fəaliyyətini təmin edir, habelə beynəlxalq antikorrupsiya işinə əvəzsiz töhfə verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930