azturkxeber.az
http://azturkxeber.az

Avstriya rəqəmsal mesajlaşma proqramlarını tənzimləmək üçün qanun layihəsi hazırlayıb

08-04-2025

Avstriya hökuməti “WhatsApp” və “Telegram” kimi mesajlaşma proqramlarını terrorizm və milli təhlükəsizlik zəminində tənzimləmək üçün qanun layihəsi hazırlayıb.

Ölkədə uzun illərdir müzakirə edilən “WhatsApp” və “Telegram” kimi rəqəmsal mesajlaşma imkanlarını təmin edən tətbiqlərə nəzarətlə bağlı qanun layihəsi parlamentin alt komitəsinə göndərilib.

Daxili İşlər Naziri Gerhard Karner uzun müddətdir milli təhlükəsizlik naminə tələb etdiyi kimi, mümkün terror aktının və ya strukturunun qarşısının alınması və milli təhlükəsizliyə təhdid yarada biləcək vəziyyəti aradan qaldırmaq üçün mesajlaşma tətbiqlərinin monitorinqinə imkan verəcək ilk qanun layihəsinin parlamentin alt komitəsinə təqdim edilməsindən məmnunluğunu ifadə edib.

Karner bu yoxlamanın hakimin icazəsi və terror, milli təhdid və casusluq işlərində şəxsi məlumatların qorunmasına cavabdeh olan məsul şəxsin nəzarəti altında aparılacağını və sadə vətəndaşların bu vəziyyətdən təsirlənməyəcəyini bildirib.Yoxlamanın aparılması üçün müəyyən şərtlərin tələb olunduğunu izah edən Karner bunun 3 ay ilə məhdudlaşdırılacağını və ildə təxmini 30-35 hadisənin yoxlanılacağını qeyd edib.

Karner qanun layihəsinin təxminən səkkiz həftə müddətində parlament alt komitəsi tərəfindən araşdırılacağını və tənzimləmənin yay aylarında tətbiq oluna biləcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930