azturkxeber.az
http://azturkxeber.az

Astanada türk dövlətləri səhiyyə nazirlərinin 5-ci görüşü keçirilir

08-04-2025

Astanada türk dövlətləri səhiyyə nazirlərinin 5-ci görüşü keçirilir

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısı keçirilir.

Görüş zamanı TDT ölkələrində səhiyyə sisteminin inkişafı, həmçinin səhiyyə nazirlərinin 4-cü görüşünün nəticələri müzakirə olunacaq. Tədbirdə fövqəladə hallar zamanı əməkdaşlıq, belə şəraitdə işləmək üçün kadrların hazırlanması, donor məlumat bazasının yaradılması, tibb və əczaçılıq sənayesində tərəfdaşlığın gücləndirilməsi məsələləri də nəzərdən keçirilir.

Bundan əlavə, TDT üzvü olan ölkələrin səhiyyə sistemlərinin inkişafında beynəlxalq təşkilatların rolu müzakirə olunur və təşkilat çərçivəsində yaradılmış işçi qruplarının 2025–2026-cı illər üçün Fəaliyyət Planı təsdiq ediləcək.

İclasın sonunda birgə Bəyannamə imzalanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930