azturkxeber.az
http://azturkxeber.az

7-ci ADA Siyasi Forumunun iştirakçıları Xankəndiyə çatıblar

08-04-2025

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.

Səhər saatlarında “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Sonra Xankəndiyə yola düşən qonaqlar burada Qarabağ Universiteti ilə tanış olublar.

Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində iki panel sessiya keçiriləcək. Birinci paneldə “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunacaq. İkinci panel isə “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930