azturkxeber.az
http://azturkxeber.az

Ülviyyə Bəbirova Dövlət Mahnı Teatrına direktor təyin olunub

05-04-2025

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib. 

Azturkxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat xidmətindən məlumat verilib. 

Məlumata görə, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, bəstəkar, sənətşünas Ülviyyə Firudin qızı Bəbirova təyinat alıb.

Ülviyyə Bəbirova 1986-cı ildə Bakıda anadan olub. Paytaxtdakı 276 nömrəli orta məktəbi bitirib. Eyni zamanda G.Şaroyev adına 35 nömrəli on bir illik Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2007-ci ildə Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin bakalavr, 2010-cu ildə isə magistratura pillələrini bitirib. 

2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Ülviyyə Bəbirova dəfələrlə beynəlxalq və respublika müsabiqələrinin laureatı olub. 

Ölkəmizdə konsert proqramları ilə çıxış edib, əsərlərinə kliplər çəkilib. O, həmçinin İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışıb, bir sıra musiqi layihələrinin rəhbəri kimi fəaliyyət göstərib. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930