azturkxeber.az
http://azturkxeber.az

Akademik Musiqili Teatra yeni direktor təyin olunub

05-04-2025

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor təyinatı olub.

Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatra direktor təyin edilib.

Aqil Bəhramlı 15 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsində, 2015–2020-ci illərdə isə K.Karaqo adına Kiyev Dövlət Teatr, Kino və Televiziya Universitetində teatr işinin təşkili və idarəçiliyi ixtisası üzrə təhsil alıb. 1993–2003-cü illərdə Azərbaycan Ensiklopediyası nəzdində “Xəmsə” kiçik dövlət müəssisəsində, 2003– 2009-cu illərdə Milli İncəsənət Muzeyində çalışıb. 
O, 2010–2020-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini , 2021-ci ildən son təyinatadək Gəncə Dövlət Milli Dram Teatrında direktor vəzifələrində çalışıb. 2024-cü ildə Azərbaycan milli teatrının inkişafındakı səmərəli fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülüb. 
A.Bəhramlı müxtəlif  illərdə Türkiyə, Gürcüstan və Rusiya Federasiyasının bir sıra vilayətlərində keçirilən beynəlxalq teatr festivallarında fəxri qonaq və ya münsiflər heyətinin üzvü qismində iştirak edib. Gəncə teatrına rəhbərlik etdiyi dövrdə yaradıcı kollektiv Türkiyə, Gürcüstan, Portuqaliya və Litvada beynəlxalq teatr festivallarında yerli və xarici müəlliflərin əsərləri əsasında hazırlanan tamaşalarla Azərbaycan teatrını uğurla təmsil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930