azturkxeber.az
http://azturkxeber.az

Özbəkistan və Aİ liderləri iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər

04-04-2025

Özbəkistan və Aİ liderləri iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər


Aprelin 3-də Səmərqənd sammiti çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avropa İttifaqının və Avropa Komissiyasının prezidentləri Antoniu Koşta və Ursula fon der Lyayenlə görüşüb.

Görüşdə ticarət-iqtisadi və investisiya sahələrində Özbəkistan – Avropa çoxplanlı əməkdaşlığının inkişafı və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Danışıqlar zamanı əsas diqqət innovasiya, yaşıl enerji, mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, logistika, rəqəmsallaşdırma və digər sahələrdə birgə kooperasiya proqram və layihələrinə ayrılıb.

Tərəflər, həmçinin, “Mərkəzi Asiya - Avropa İttifaqı” formatında keçiriləcək ilk ali səviyyəli sammitin gündəliyini müzakirə ediblər. Bundan əlavə, beynəlxalq və regional siyasətin aktual məsələləri, o cümlədən Əfqanıstanın sosial-iqtisadi inkişafına dəstək mövzusunda fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930