azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “N-Telekom” publik hüquqi şəxsində yeni təyinat

04-04-2025

 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış “N-Telekom” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Tağı Tağızadə təyin edilib. T.Tağızadə bundan əvvəl “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Tağı Tağızadə Türkiyə Respublikasının Yıldız Texniki Universitetində Elektronika və Kommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb, İrlandiya Respublikasının Dublin Universitet Akademiyasında Rəqəmsal Transformasiya İdarəçiliyi üzrə peşəkar sertifikat proqramını uğurla tamamlayıb.

20 ilə yaxın iş təcrübəsinə malik T.Tağızadə telekommunikasiya sahəsində, xüsusilə 5G texnologiyaları və rəqəmsal həllər üzrə geniş beynəlxalq təcrübəyə malikdir və bir sıra xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış “N-Telekom” publik hüquqi şəxs informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data mərkəzləri, internet, rəqəmsal TV xidmətləri və rabitə (telekommunikasiya) sahəsində fəaliyyət göstərən eyni zamanda muxtar respublikanın İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi və rayon (şəhər) rabitə idarələrini özündə birləşdirən publik hüquqi şəxsdi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930