azturkxeber.az
http://azturkxeber.az

NATO-nun Brüsseldəki toplantısının gündəliyində üzv ölkələrin müdafiə xərclərini artırması məsələsi olub

04-04-2025

NATO-nun Brüsseldəki toplantısının gündəliyində üzv ölkələrin müdafiə xərclərini artırması məsələsi olub


NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında əsasən üzv dövlətlərin müdafiə xərclərini artırması məsələsi gündəmdə olub.

Toplantıda ABŞ-ın Dövlət katibi Marko Rubio Alyansdakı müttəfiqlərinin müdafiəyə daha çox büdcə ayırmasının vacibliyini qeyd edib. O, bu baxımdan ABŞ Prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizi səviyyəsinə çatdırılması ilə bağlı hədəfini diqqətə çatdırıb.

Marko Rubio ABŞ Prezidentinin NATO-ya sadiqliyini vurğulayaraq, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla son proseslər fonunda Alyansın təcili şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib.

NATO-nun Baş katibi Mark Rutte üzv ölkələrə müdafiə xərclərinin ÜDM-in 3 faizindən yuxarı səviyyəyə çatdırılması barədə çağırış edib. NATO-nun iyunda keçiriləcək iclasında bu barədə qərarın qəbul olunması gözlənilir.

Qeyd edək ki, NATO üzvü olan bir sıra ölkələr müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırıb. Lakin Almaniya da daxil olmaqla bir çox ölkə Donald Trampın 5 faizlik hədəfinin reallığa uyğun olmadığını düşünür. Xüsusilə ABŞ-ın gömrük rüsumlarının artırmasının qlobal iqtisadiyyata və müttəfiqlərə mənfi təsirlərinin bu hədəfə nail olunmasında ciddi çətinliklər yaradacağı hesab edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930