azturkxeber.az
http://azturkxeber.az

Moldovalı nazir: Azərbaycandan olan qaz idxalı bizim enerji tələbatlarımızın təmin edilməsinə imkan verəcək

04-04-2025

Moldovalı nazir: Azərbaycandan olan qaz idxalı bizim enerji tələbatlarımızın təmin edilməsinə imkan verəcək


Moldova Cənub Qaz Dəhlizi təşəbbüsündə mühüm rol oynamaqdadır. Biz Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan kommersiya baxımından istifadə edən ilk ölkəyik.

Bunu Moldovanın energetika naziri Dorin Junqetu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təbii qaz Moldovanın enerji strukturunda mühüm rol oynamaqda davam edəcək.

“Bu, bizim bərpaolunan enerji imkanlarımızı genişləndirəcək. Buna görə də biz istərdik ki, şaquli dəhliz inkişaf etsin. Bu da Moldova energetikasının gələcəyi üçün əsas layihədir. Ümumiyyətlə təchizat mənbələrinin davamlı şəkildə şaxələndirilməsi, o cümlədən Azərbaycandan olan idxal bizim enerji tələbatlarımızın təmin edilməsinə imkan verəcək. Moldova Cənub Qaz Dəhlizinə tam sadiqdir. Enerji təhlükəsizliyi, dayanıqlıq və bazarın inteqrasiyası kimi ümumi maraqlara da sadiqik. Biz birlikdə çətinlikləri aradan qaldıra, yeni imkanlar yarada bilərik və daha təhlükəsiz, daha da çiçəklənən enerji gələcəyimizi hamımız üçün təmin edə bilərik”, - deyə moldovalı nazir əlavə edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930