azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Daşkənddə Heydər Əliyev Meydanında olub

04-04-2025

 

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 4-də Daşkənddə Heydər Əliyev Meydanında olub. 


Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri meydanda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanı Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930