azturkxeber.az
http://azturkxeber.az

İtaliyadakı Etna vulkanı yenidən fəallaşıb

04-04-2025

İtaliyadakı Etna vulkanı yenidən fəallaşıb


Avropanın ən hündür və aktiv vulkanı olan Etna yenidən oyanıb.

İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb. Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində böyük əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya bölməsi bölgədə hava nəqliyyatı üçün xüsusi qırmızı kod xəbərdarlığı edib.

Qeyd edək ki, Etna vulkanında ildə bir neçə dəfə fəallıq müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930