Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə yanğın təhlükəsizliyinin təmin edilməsi işinin səmərəliliyinin daha da artırılması məqsədilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Qarabağ və Sumqayıt regional mərkəzlərinin məsul əməkdaşları, eləcə də regionda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev regionda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov çıxışında yanğınların başvermə səbəbləri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi sahəsində müəssisə və təşkilatların, habelə vətəndaşların üzərinə düşən vəzifələrdən söz açıb.
Tədbirdə çıxış edənlər yanğınların profilaktikası, baş vermiş yanğın hadisələrinin operativ qaydada qarşısının alınması üçün ərazilərin yanğına qarşı əməliyyat şəraitinin gündəlik nəzarətdə saxlanılması və bu istiqamətdə müvafiq qurumların qarşılıqlı fəaliyyətlərinin düzgün qurulmasının vacibliyini qeyd ediblər.
Seminar-müşavirədə mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Bu gün Qubadlı Şəhəri Günüdür
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
FHN-in Qarabağ Regional Mərkəzi Ağcabədi rayonunda kompleks mülki müdafiə təlimi təşkil edib