azturkxeber.az
http://azturkxeber.az

DSMF Niderlandda yerləşən qurumun beynəlxalq müsabiqəsində 2 mükafat qazanıb

04-04-2025

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Finance Derivative Awards 2025” beynəlxalq müsabiqəsində iki mükafata - “2025-ci ilin Ən Yaxşı Sosial Təminat Qurumu” və “Rifah və Sosial Müdafiə üçün 2025-ci ilin Rəqəmsal İnnovasiyası” nüfuzlu ali mükafatlarına layiq görülüb. 

Müsabiqəni “The Finance Derivative” beynəlxalq maliyyə və biznes analizi platforması (Niderland Krallığı) təşkil edib.

Münsiflər Fondun proaktiv təyinat mexanizmi və ünvanlı sosial yardımın təyinatı üçün vahid reyestrlə bağlı təqdim etdiyi iki müsabiqə işini yüksək balla qiymətləndirib və DSMF-nin adı müsabiqənin qaliblərinin siyahısına daxil edilib. (https://www.financederivative.com/winners-list-2025/ ) 
 
“The Finance Derivative” beynəlxalq platformasının hər il keçirdiyi bu müsabiqələr strateji idarəetmə, innovasiya və transformasiya sahəsində uğurlar əldə edən qurumların tanıdılması və qiymətləndirilməsi məqsədi daşıyır. Builki müsabiqədə DSMF ilə yanaşı, Birləşmiş Krallıq, İspaniya, Misir, Serbiya, Avstraliya, Belçika, Malayziya və digər ölkələrdən qurumlar iştirak edib.

Qeyd edək ki, 2021–2025-ci illərdə DSMF 62 beynəlxalq mükafata layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930