azturkxeber.az
http://azturkxeber.az

Özünüməşğulluq proqramı üzrə son bir ayda 566 şəxs aktivlərlə təmin olunub

03-04-2025

Özünüməşğulluq proqramı üzrə son bir ayda 566 şəxs aktivlərlə təmin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, son bir ay ərzində daha 566 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.

Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar.

Qeyd edək ki, proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlimlər təşkil edilir, sonra onlar aktivlərlə təmin olunurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930