azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb

03-04-2025

 

Aprelin 3-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb.

Görüşdə üzgüçülük idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin Avropa Üzgüçülük Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Avropa Üzgüçülük Federasiyasının vitse-prezidenti Josip Varvodiç və digər şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930