azturkxeber.az
http://azturkxeber.az

Erməni ordusu geri çəkilir, ərazilər verilir - Qazaryan

03-04-2025

 

Tavuşda delimitasiya və demarkasiya prosesinə hazırlıq çoxdan başlayıb və indi də davam edir.

Azturkxeber.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Tavuşun Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan deyib.

Onun sözlərinə görə, hazırda erməni qoşunları əvvəlki mövqelərində qalıblar:

“Amma Voskepar-Bağanis yolu boyunca tikanlı məftillər qurulur. Yəni buna əsasən ordumuz hazırda olduqları mövqelərindən 5-6 yüz metr geri çəkilməlidir. Ərazidə anklav adlanan Yuxarı Əskipara kəndi təhvil verilməlidir. Həmçinin aşağı hissədə İcəvan, Sofulu və Bərxudarlı kəndləri də var ki, oralarda hazırlıq prosesi hələ başlamayıb. Hazırlıq yekunlaşdıqdan sonra bölgəni minalardan təmizləməyə başlayacaqlar. Bir sözlə, Azərbaycan Tavuşda istədiyini bir güllə belə atmadan rahatlıqla alacaq. Mən hələ yanvar ayında məlumat almışdım ki, aprelin 15-dən sonra demarkasiya prosesi başlayacaq”- deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930