azturkxeber.az
http://azturkxeber.az

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

03-04-2025

 
 


Sürətli yollarda geriyə hərəkət edən avtomobil sürücüləri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb oldular

Yollarda nəqliyyat vasitəsi ilə geriyə hərəkət etmək diqqət və ehtiyatlılıq tələb edir. Xüsusilə də sürətli yollarda və avtomagistrallarda bəzi sürücülərin qaydalara əməl etməməsi əksər hallarda qəzaların baş verməsi ilə nəticələnir. Paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda və Ziya Bünyadov prospektində müxtəlif vaxtlarda qeydə alınan bu yol-nəqliyyat hadisələrini təhlil etdikdə məlum olur ki, sürücülər səhv istiqamətdə getdiklərindən geriyə hərəkət etməyə üstünlük verirlər.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bununla yanaşı, qanunun 43-cü maddəsi avtomagistrallarda da nəqliyyat vasitələrinin geriyə hərəkət etməsini qadağan edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930