azturkxeber.az
http://azturkxeber.az

Ballıcada evlərlə yanaşı, təhsil ocağı da mavi yanacaqla təmin edildi

03-04-2025

 
Bura şəhər mərkəzindən 10.6 km məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Söhbət Xocalı rayonunun Ballıca kəndindən gedir. Həmin o kənd ki, 1988-ci ildən etibarən baş verən erməni vandalizminin şahididir... Bu gün Ballıcada həyat canlanır. Xocalı şəhidlərinin ruhu şaddır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olundu. 

İşğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xocalı rayonunun Ballıca kəndində də qaz təchizatının bərpası istiqamətində bir sıra işlər görülüb. Belə ki, 130 fərdi yaşayış evi təbii qazla təchiz olunub, hal-hazırda 112 abonent fasiləsiz, dayanıqlı və keyfiyyətli şəkildə mavi yanacaqdan istifadə edir. Bundan əlavə, Xocalı rayonunun Ballıca kənd tam orta məktəbinin qazanxanası da təbii qazla təmin olunub.

[media=Ətraflı: https://youtu.be/0AzjlhxQwuc?si=Jvn8CgIFh123HfAN]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930