azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

03-04-2025


Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən verilən məlumata görə, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.

Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumun əməkdaşları iştirak ediblər.

Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində elektrik enerjisi və bərpaolunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930