azturkxeber.az
http://azturkxeber.az

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin peşəkar bacarıqları artırılır

02-04-2025


Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və karyera körpüsü” layihəsi çərçivəsində “Karyera planlaşdırılması və işəgötürənlərlə əməkdaşlıq” mövzusunda ilk təlim keçirilib.

Bu barədəPeşə Təhsil Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəzin Təhsilalanlarla iş şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlim prosesində tələbələrə peşəyönümü iş, təhsilalanlara dəstək xidməti, karyera planlaması, işəgötürənlərlə əməkdaşlığın onlar üçün yaratdığı imkanlar və yeni layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarına hazırlığını gücləndirmək və bu təhsil ocağının nüfuzunu artırmaqdır. Eyni zamanda, tələbələrlə iş dünyası arasında əlaqələri möhkəmləndirmək, məzunların işəgötürənlərlə əməkdaşlıq perspektivlərini artırmaq və peşə təhsilinin cəlbediciliyini yüksəltmək hədəflənir.

“Peşə təhsili və karyera körpüsü” layihəsi bu tədris ili ərzində ardıcıl həyata keçiriləcək, eyni zamanda, növbəti illərdə də davam etdiriləcək. Əsas diqqət turizm, aqrar və sənayenin digər istiqamətlərində tələbələrin bacarıqlarının gücləndirilməsinə yönəldiləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930