azturkxeber.az
http://azturkxeber.az

Autizm sindromlu əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə əhatə edilib

02-04-2025

Autizm sindromlu əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə əhatə edilib


Hazırda ölkəmizdə 5 min autizm sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində həmin kateqoriyadan olan şəxslərə reabilitasiya xidmətləri göstərilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafı, sərbəst yaşamaq imkanlarının dəstəklənməsi məqsədilə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə reabilitasiya xidmətlərinə cəlb olunurlar.

Agentlik tərəfindən həmin şəxslər ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan həmin terapiya autizm spektr pozuntusu ilə yanaşı, Daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Mərkəzlərdə autizm sindromlu əlilliyi olan şəxslər ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri ilə təmin edilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930